Tanınmış müğənni İlhamə Qasımova bir zamanlar iştirakçısı olduğu "Yeni Ulduz" yarışmasından çıxan həmkarına dəstək olub.

PrimeTime.Az xəbər verir ki, müğənni Xalid Hacıyevin videosunu səhifəsində yayımlayaraq, yaxın dostlarından ona dəstək olmağı xahiş edib:

""Yeni Ulduz"un çoxlu istedadları bu gün şou-biznesimizin eybəcər çərçivələrinə görə görünməz olaraq qalıb. Bəziləri isə ümumiyyətlə musiqi ilə vidalaşdı. Çox heyif. Xalid Hacıyev çox istedadlı və gözəl səs tembrinə malik müğənnidir. Allah yolunu açıq eləsin. Əziz dostlarım, bu sizdən asılıdır, məhz bizim Xalid Hacıyev kimi istedadlara dəstək olaraq bu gün musiqimizi daha yaxşı istiqamətə yönləndirə bilərsiniz".