"Sports Illustrated" jurnalının yeni buraxılışı üçün poza verən Krissi Teyqen çəkilişdən paylaşdığı şəkillə gündəmi çalxalayıb.

PrimeTime.Az xarici mətbuatına istinadən xəbər verir ki, ABŞ-lı model dincələrkən çəkilmiş çılpaq fotosunu şəxsi hesabında paylaşıb. 31 yaşlı ulduzun jurnal redaktoru MJ Day ilə danışarkən çəkilmiş şəklini 326 mindən çox insan bəyənib.

Qeyd edək ki, Teyqen və həyat yoldaşı müğənni Con Legend ötən aprel ayında qızları Lunanı qucağına almışdı.