Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının "jAzzeri Bands" konsert proqramında Təranə Mahmudova Elbəy Məmmədzadənin triosu uğurla çıxış ediblər.

PrimeTime.Az xəbər verir ki, axşamda ifa etdikləri "Softly As In A Morning Sunrise" və "Bakulogiya" alqışla qarşılanıb.

Konsertdən sonra Təranə Mahmudova qeyd edib ki, Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə çoxlu caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif MustafazadəRafiq Babayevin adları ilə çox məşhurlaşıb:

"Bakıda keçirilən caz festivalı dünya musiqiçiləri arasında tanınır, istedadlı musiqiçılərimiz beynəlxalq musabiqələrdə uğurla çıxış edirlər. Artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər. Bu, olduqca sevindirici haldır. Çünki caz musiqisi yenilik, axtarış, improvizasiya tələb edən musiqi üslubudur. Musiqi improvizasiya, melodiya və səs harmoniyası, ritm - caz stilin əsas xüsusiyyətləri. Cazda improvizasiya həmişə musiqiyə yenilik gətirir".