Baş rollarında türkiyəli məşhurlar Fahriye Evcen və Murat Yıldırımın çəkildiyi "Sonsuz Aşk" filminin fraqmanı yayımlanıb.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, çəkilişlərinə İstanbulda start verilib Cundada davam edən filmin fraqmentindəki romantik səhnələr diqqət çəkib.

Martın 24-dən kinoteatrlarda təqdim olunacaq "Sonsuz Aşk" filmində qardaşı ilə qurduğu sadə yaşam tərzində kiçik xoşbəxtliklərlə həyatını rövnəqləndirən Zeynep (Fahriye Evcenin) və gənc yaşda özünü işinə həsr edən Professor Doktor Canın (Murat Yıldırım) məhəbbətləri, qarşılarına çıxan maneələr və başlayan sonsuz eşqindən bəhs ediləcək.