14 fevralda Tolgahan Sayışmanla Los-Ancelesdə evlənən Almeda Abazi Türkiyədən onu təbrik etməyən dostlarına giley edib.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, Abazi toydan dərhal sonra onu axtarıb təbrik etməyən Türkiyədəki dostlarına şəxsi hesabından səslənib:

"Həyatımın ən xoşbəxt günü idi. Xəyalımı həyata keçirdiyim bu gündə, ən əhəmiyyətli qərarımı verdiyim bu anda, yanımda olan, məni axtarıb, təbrik edən bütün dostlarıma və həmkarlarıma bir daha təşəkkür edirəm. Ancaq bunu demədən də keçməyəcəm, Albaniyada uzaq-yaxın bildiyim hər kəs məni axtararkən, hətta dünyanın müxtəlif ölkələrindən təbrik mesajları alarkən Türkiyədə bir çox insanların məni axtarmamasına təəccübləndim. Demək ki, bu insanların dostluq anlayışları buraya qədərmiş. Hər kəsi yaxşı tanıdım".