Məşhur model Rozi Hantinqton Uaytli hamilə olduğunu bildirdikdən sonra ilk dəfə dəvətə qatılıb.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, fevralın 9-da şəxsi hesabında sevgilisi Jason Stathamdan hamilə olduğunu bildirən məşhur model ilk dəfə obyektivlərə tuş gəlib.

Hollivudda öz markası "Rosie HW X PAIGE Collection"ın təqdimatına qatılan 29 yaşlı Rozi tək çiyinli qara libas geyinib. "Victorias Secret"in mələyinin barmağındakı üzük də diqqətdən yayınmayıb.