Tanınmış müğənni İlhamə Qasımovanın şəxsi sosial media hesabında "Yeni ulduz" yarışmasının iştirakçısı Xalid Hacıyevə dəstək verməsinə digər məşhurlar da reaksiya verib.

PrimeTime.Az xəbər verir ki, bunlardan biri də Xalidin oxuduğu "Hardan hara" mahnısının və bir çox tanınmış hitlərin müəllifi, bəstəkar Pərviz Mahmudov olub. O saytımıza açıqlama edərək mahnının ilk ifaçısının məşhur müğənni Könül Kərimova olduğunu bildirib:

"Könül xanım 2 il öncə məndən mahnı istəyəndə, "Hardan hara"-nı məsləhət gördüm və o da bəyəndi. İllər sonra Xalid bu mahnı üçün mənə müraciət edəndə isə müəllifi özüm idim deyə təmənnasız şəkildə onu müğənniyə hədiyyə etdim".

Bəstəkarın sözlərinə görə, mahnının yenidən aranjiman olunmasına da ehtiyac qalmayıb. Çünki növbəti dəstək addımı Könül Kərimovadan gəlib. Sənətçi Xalidə mahnının "playback"-nin oxunması üçün icazə verib.

Mahnının Könül Kərimovanın ifasında olan versiyasını təqdim edirik:


Pərviz Hüseyn