Ötən həftə keçilirən "Bomba Awards" mükafatlandırma gecəsində "Sosial mediada ən aktiv sənətçi" mükafatına layiq görülən xalq artisti Faiq Ağayev instagram hesabında maraqlı paylaşımlar etməyə davam edir.

PrimeTime.Az xəbər verir ki, bu dəfə sənətçi izləyicilərini illər əvvələ qaytarıb. Belə ki, xalq artisti 1988-ci ildə vinetka üçün çəkilmiş klassik geyimdə olan fotosunu sosial şəbəkə vasitəsi ilə paylaşıb.

Xatırladaq ki, cənab qızıl şlyager peşəkar səhnəyə həmin il keçirilərən "Bakı Payızı- 88" müsabiqəsi ilə gəlib.