Azərbaycanlı vizajist qadınlara həsr etdiyi layihəsini təqdim edib.

PrimeTime.Az xəbər verir ki, layihədə şou-biznesin bir çox tanınmış simaları yer alıb. Onların sırasında əməkdar artist Lalə Məmmədova, aktrisa Fidan Axundova, rəqqasələr Fatimə Fətəliyeva, Renka, müğənnilər Nazənin, Zenfira İbrahimova və tar ifaçısı Humay Qədimova olub.

Şou-biznesin xanım nümayəndələri müxtəlif ölkələrdən olan qadınların obrazlarını canlandırıb.

Ərsəyə gələn işin ideya müəllifi vizajist Pərvanə Məmmədova layihə haqda bunları deyib:

"Layihə 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunub. Burada iştirak edən xanımlar 7 ölkəni təmsil edir. Əslində bu ideya ağlıma gələndə çalışdığım "Banu VİP Studio"nu rəhbəri, rəqqasə Fatimə Fətəliyevaya danışdım. Sağ olsun xanımların seçimində mənə çox kömək etdi. Bu işdə vacib məqamlardan biri də layihədə iştirak edənlərin geyimi idi. Onu da Fatimə xanımın yardımı ilə yoluna qoyduq. Xocalı layihəsində olduğu kimi bu işdə də fotoqraf və videoqraf Röyal Səfərovla çalışdıq. İnanıram ki, ərsəyə gətirilən iş hər kəs tərəfindən bəyəniləcək".

İdeya müəllifi: Pərvanə Məmmədova
FOTO: Röyal Səfərov

Fatimə Fətəliyeva / Azərbaycan gözəli

on

Lalə Məmmədova /  Gürcü gözəli

on

Fidan Axundova / Hind gözəli

on

Renka / Ərəb gözəli

on

Nazənin / Rus gözəli

on

Zenfira İbrahimova / İspan gözəli

on

Humay Qədimova / Yapon gözəli 

on