Tanınmış fotoqraf Niko Abbasov və gənc model Lalə Dünyamalıyeva "Bahar qadını" adlı layihəyə imza atıblar.

PrimeTime.Az xəbər verir ki, daha öncə Abdul Xalidin klipində yer alan model layihə barədə saytımıza belə açıqlama verib:

"Layihənin ideyası rəfiqəmlə mənim fikrim idi. Biz də Niko Abbasova müraciət etdik. Seçimimdə isə yanılmamışam, çox gözəl fotolar alındı. Buna görə Nikoya təşəkkür edirəm".

Daha sonra L.Dünyamalıyeva qarşıdakı planlarını dilə gətirib: "Əslində mənim arzum aparıcı olmaqdır, bunun üçün də Türkiyədə Beykent universiteti "sinema-televizyon" fakültəsində təhsil alıram, ancaq ilk öncə özümü fotomodel olaraq sınamaq istədim. Bu mənim ilk işim deyil. Daha öncə də Abdul Xalidin klipində rol almışam və bu mənim üçün böyük dəstək idi.

Aparıcı olmaq üçün ən böyük həvəsi Nərgiz Cəlilovadan almışam. Onu seyr edirdim və bu xanımın səhnə duruşu, danışığı, savadı məni valeh edirdi. Hədəfim aparıcı olub, əyləncəli və maqazin formatlı verilişlər aparmaqdır. Türkiyədə sadaladığım sahələr daha yaxşı inkişaf etsə də, mənə öz vətənimdə yaşamaq və işləmək daha rahatdır.

Aparıcılıqla yanaşı aktrisalıq qabiliyyətim var. Aktrisa Ayla Alqandan dərs almaq üçün müraciət etmişəm. Bizim sənət nümayəndələrindən isə Afaq Bəşirqızı, Fəxrəddin Manafov və Amaliya Pənahovanı çox bəyənirəm.

Başda nənəm olmaqla ailəmə, məni dəstəkləyən və layihədə əməyi keçən hamıya təşəkkür edirəm".

Foto : Niko Abbasov

Make up : @parvanamammadova

Hair : @sac_ustasi_stilist_huseyin

Video : @elmar_qubaxanov

Accessories : @farganas_style_