Novruz Bayramı türk və iran xalqlarının ən sevimli bayramıdır. Biz azərbaycanlılar üçün bu bayram özəlliklə sevimlidir. Minnesota ştatında yaşadığım 7 ildən sonra diasporamızın nümayədənləri Hacı Qasımov, Pərvanə Qasımova, Gülzar Babayeva, Muxtar Nəsirov və bəndəniz Günel Musəvi bərabər burada yaşayan azərbaycanlılar üçün Novruz şənliyi təşkil etmək qərarına gəldik. Bizim Minnesota ştatında çox azərbaycanlı olmasa da, yenədə soydaşlarımızın çoxunu toplaya bildik.

Şənliyə həmçinin bilavasitə Azərbaycana yaxın olan Minnesotalıları da dəvət etmişdik, səbəbini videoda tapa bilərsiz. Təvazökarlıqdan uzaq olaraq qeyd edim ki, Novruz bayramının şənliyi uğurla baş tutdu. Bütün gələnlər təşkilatdan razı qaldılar.

Bayramdan söz düşmüşkən, onu da qeyd edim ki, şənlik bağlı parti məkanların birində keçirilmişdir. Şənliyin konsepsiyası isə Açıq Süfrə üzərində qurulmuşdur (potluck) yəni, hər gələn özü ilə hazırladığı yeməklərdən, şirniyyatdan gətirib, "İsveç Masa"sına yığırdı. Bununla şənlikdə evdə bişirilən yeməklərin dadı və ev abu-havası yaranmışdır.

Ümümilikdə isə bayram çox mehriban və şən bir şəkildə keçdi, hamı birlik olub bir ailə olmuşduq.

Uzatmadan hamınızı Minnesota ştatında keçiriliən Novruz şənliyindən video sujeti izləməyə dəvət edirəm. Hər birinizi Novruz Bayramı münasibətilə təbrik edirəm və arzu edirəm ki, evlərinizdə ruzi, bərəkət, sevinc bol olsun!

Sizin Günel Musəvi