Londonda yaşasa da, doğma vətəninə tez-tez səfər edən "Eurovision 2011" yarışmasının qalibi Nigar Camal fərqli fotosessiyaya imza atıb.

PrimeTime.Az xəbər verir ki, hər zaman formada qalması və gözəlliyi ilə diqqət çəkən müğənni bu dəfə fotoqraf Etibar Hüseynlinin obyektivi önünə keçib.

Nigar imicini ölkənin əsas top-stilistlərindən olan, imza atdığı hər layihə ilə gündəm yaratmağı bacaran Anar Ağakişiyevə həvalə edib.

"Shakh Jewellery"
dən bir milyon manatlıq zinət əşyalarını üzərində məharətlə daşıyan ifaçı ekstravaqant və cazibədar obrazı ilə diqqət çəkib.

Görünür, Nigar Camal bu fotosessiya ilə ən ehtiraslı müğənni adına iddialıdır.