Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib desək yanılmarıq. Azərbaycanda bu axın "odnoklassniki" şəbəkəsi ilə başladı. Sinif yoldaşlarını axtarmaq üçün rusların yaratdığı bu şəbəkəni tanışlıq və bir çox "ticari" məqsədlər üçün istifadə edənlər də elə biz azərbaycanlılar olduq. Sonradan həyatımıza "Facebook" girdi. Əvvəllər daha "cool" təbəqənin istifadə etdiyi bu sosial şəbəkə zamanla "Ayka Namazqılanka"ların məkanına çevrildi. Daha sonra "instagram", "twitter", "whatsapp" və sair günlük yaşantımızda mühüm rol oynamağa başladı.

Mobil operatorların çökməsinə səbəb olan, "sms" yazmaq anlayışını tarixə qovuşduran bu şəbəkələrdən ən populyarı "İnstagram"dır.

Sözsüz ki, yerli məşhurlar da bu axından geri qalmayıb, özlərinə hesab açdılar. Ən çox "like", ən çox "izləyici" ovuna çıxan tanınmışlardan kimisi yediyi "720 manatlıq alça"nı, kimisi yeni mahnısını, kimisi isə "20 manat" qarşılığında hansısa mağazanın məhsulunu nümayiş etdirdi.

İnstagramda bir-birinə söz atıb dava edən, "qara siyahı"ya salan, öz izləyicilərinin saxta olduğunu danıb, başqasını "fake istifadəçi" yığmaqda günahlandıranlar da elə bizim ulduzlar oldu.

PrimeTime.Az sizə yuxarıda sadalananları deyil, "İnstagram"da türk ulduzların izlədiyi yerli məşhurların siyahısını təqdim edir.

Bu sırada ən birinci əməkdar artist Röya Ayxan gəlir. Türkiyədə 0-dan başladığı karyerası və şəxsi tanışlıqları ilə bağlı olaraq onu Türkiyənin tanınmış müğənniləri Gülşen, Hande Yener, Soner Sarıkabadayı, Bengü, Işın Karaca, Merve Özbey, məşhur aranjımançı Ozan Çolakoğlu, radio aparıcı Yasemin Şefik, Orhan Gencebayın həyat yoldaşı, köşe yazarı Sevim Emre, video bloqqer Halil Söyletmez və rejissor Nihat Odabaşı izləyir. Röya bu məşhurların yarısından çoxunu qarşılıqlı olaraq izləsə də, Bengü, Merve Özbey, Ozan Çolakoğlu, Yasemin Şefik və Işın Karaca bu siyahıdan kənarda qalıb.

Türkiyənin tanınmış pop ulduzu Murat Dalkılıç bizim ulduzlardan yalnız Aysel Əlizadəni və onun köməkçisi Leyman Tağıyevanı izləyir.

Bir çox məşhur kliplərin müəllifi Nihat Odabaşı Röyadan başqa yerli ifaçılardan Nigar CamalXəyyam Nisanovu "follow" edib.

Bu yaxınlarda "Səndən bir dənədir" hitini İrem Derici ilə səsləndirən müğənni Sinan Akçılın siyahısında isə yalnız Miri Yusif var.

"Bu gün ne giysem" və "İşte benim stilim" proqramlarındakı münsifliyi ilə yadda qalan modelyer Hakan Akkaya yerli məşhurlardan prodüser Tarix Əliyev və populyar müğənni Zamiq Hüseynovun izindədir.

İstedadlı aktrisa Sinem Kobalın və uzun müddət Bakıda yaşayan Türkiyənin internet fenomeni Kerimcan Durmazın siyahısında isə stilist Anar Ağakişiyev yeganə azərbaycanlı tanınmışdır.

Onun Nigar Camalı izləməyini normal qarşılasaq da, siyahısında Namiq Qaraçuxurlunu görməyimiz bizi çaşdırdı. Berksanın Nigarla dueti var idi, ancaq türk popu ilə meyxananın ahəngini heç cür tapa bilmədik.

Rejissor Kemal Başbuğ isə stilist Elnur Həsənov və prodüser Təranə Səmədovanı izləməyi daha üstün tutub.

Mc Muradın "Kalabalık" adlı mahnısını albomuna daxil edən Funda Arar onu "instagram"da da izləməkdən yan keçməyib.

Mustafa Ceceli Fəxriyyə Xələfovanı nəyin birləşdirdiyini bilməsək də, müğənninin "instagram" hesabında izlədiyi tək azərbaycanlı tanınmış odur.

Və nəhayət siyahımızdakı sonuncu şəxs "Nurella" ləqəbli modelyer Nur Yerlitaşdır. O heç bir ulduzumuzu izləməsə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı "follow" edir.

Pərviz Hüseyn