İki ildir "Victorias Secret"in podiumunda gördüyümüz məşhur amerikalı model Teylor Hil gözəlliyi ilə adından söz etdirir.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, "Lancome" brendinin siması, "LOREAL Professionnel" elçisi olmaqla yanaşı "H&M", "Topshop" və "Forever 21" kimi markalarla çalışan 20 yaşlı model "Refinery29" jurnalına qonaq olub.

Hill müsahibəsində gözəllik anlayışından gündəlik rutinlərinə qədər bir çox məsələdən danışıb.

- Sürətli və templi bir həyatınız var. Beş dəqiqə ərzində hazır olmağınız lazım olanda nə edirsiniz?

- Saçımı topuz yığır, üzümə nəmləndirici krem vurur, geyinir və çıxıram. Bu adətən işə getməzdən əvvəl də elədiyim rutindir. Gecə və gündüz baxım kremlərini də heç vaxt əskik etmirəm. Adətən, saçım topuz olur və hər kəs necə etdiyimi soruşur. Göz makiyajımda isə qara laynerdən istifadə edirəm.

- Adi günlərdə saçınız və makiyajınız necə olur?

- Sadə olmağı üstün tuturam. Modelliyə gənc yaşda başladım. Çox gərgin tempdə çalışıram, buna görə dərimin və saçımın yenilənməsi üçün, işə çıxmadığım vaxtlarda onları da rahat buraxıram. Hər zaman düzəldilmiş saç-başla gəzmirəm.

- Bəs iş səfərlərinizdə necəsiniz?

- Əgər təyyarədəyəmsə saçımı mütləq hörürəm. Üzümə isə evdən çıxmadan öncə hindqozu yağını sürtürəm. Bunu istəsəniz saçınızı da tətbiq edə bilərsiniz, amma mən etmirəm. Çünki təmizlənməsi bir az çətindir və hələ ki, bu məsələdə yaxşı deyiləm. Saçımı yağlı edə bilər. Onun yerinə daha asan yuyulan saç maskalarından istifadə edirəm.

- Nə zaman özünüzü daha gözəl hiss edirsiniz?

- Ən çox özüm olduğum anlarda gözəl hiss edirəm. Çünki işimə görə bir çox fərqli kimliyə bürünürəm. Rahat hiss etməyi və köynək, şalvar kimi geyinmək istədiyim şeylərlə olmağı sevirəm.

- Gözəllik ikonalarınız kimlərdir?

- ""Özünü sev, özünə inamlı ol, kimsən o ol" düşüncə tərzini mənimsədiyim və yaymağa çalışdığım üçün bu suala cavab vermək bir az çətindir. Əlbəttə digər qadınlarda bəyəndiyim bəzi şeylər var. Amma bunlar adətən şəxsi xüsusiyyətlərdir. Bir insanın necə göründüyündən çox, onun şirin, əyləncəli və ya xeyriyyəçi olması kimi xüsusiyyətlərinə diqqət yetirirəm. Çünki heç vaxt onlar kimi görünmürəm.

- Gözəllik anlayışınız zaman keçdikcə dəyişibmi?

- Zaman keçdikcə özünüz olursunuz. İnsanlar həyatları boyunca nə etdiklərini bilmədikləri ya da hər şeyi şişirtdikləri bir dövrdən keçir. Keçmiş fotoşəkilləri görüb, "Niyə belə etmişəm?" deyərsiniz. Bunun utancverici bir şey olduğunu hesab etmirəm. Tələbəlik illərimdə gözəl bir qız deyildim, məktəbdə üzümə baxılmazdı. Mənim də keçmiş şəkillərim pisdir, amma əyləncəlidir. İnsanlar öz qəribəlikləri ilə üzləşməlidir.

- İdealınız kimdir?

- Jizel Bündxen. Onu çox sevirəm. Aktyorlar arasında Natali Portman var. "V for Vendetta"dakı rolu üçün saçını keçəl etdirmişdi. Bu, doğrudan da inanılmaz bir hərəkət idi. Mən belə bir şeyi heç vaxt etməzdim. Çox heyranedici və cəsarətlidir.

- Kimlərlə işləməkdən zövq alırsınız?

- "Lancome" markasıyla işləməyi sevirəm. Mert Alaş və Marcus Piggott da gördüyüm ən yaxşı fotoqraflardandır. Onlarla işləmək hər zaman maraqlıdır və yaxşı enerjiləri var.