Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından ermənilər "Eurovision 2011"in qalibi Eldar Qasımovun İnstagram səhifəsinə hücum edib.

PrimeTime.Az xəbər verir ki, Eldara ilk dəstək isə aktrisa Pərvin Abıyevadan gəlib. O, müğənninin səhifəsini "screen" edərək şəxsi hesabında yayımlayıb və izləyicilərinə səslənib:

"Hər kəs bir nəfər kimi şikayət etsin ki, bu "oğraş" arzusuna çatmasın! "Eurovision" təmsilçimiz Eldar Qasımovun səhifəsini bu şərəfsizlər ələ keçirib. Qətiyyən bəyənməyin ya da şərh yazmayın. Şikayət edin. Allahın lənətinə gəlmiş köpək sürüləri".