PrimeTime.Az xəbər verir ki, bu gün Cəfər Cabbarlı Mükafatı Komissiyasının növbəti iclası keçirilib.

İclasda komissiya üzvləri müxtəlif təşkilat və birliklərdən daxil olan təqdimatları nəzərdən keçirib elm, mədəniyyət və incəsənət sahəsində tanınmış namizədlər haqqında fikir və təkliflərini bildirib.

Ciddi müzakirələrdən sonra "Cəfər Cabbarlı Mükafatı"na layiq görülən laureatlar müəyyənləşdirilib.

İclasda Mukafat Komissiyasının sədri Gülara xanım Cabbarlı, komissiya üzvlərindən xalq artisti, rejissor Mərahim Fərzəlibəyov, professorlar Asif Rüstəmli, Rəhim Əliyev, C.Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, tərcüməçi-jurnalist Bəhlul Abbasov və b. iştirak edib.

İclasın sonunda qərara alınıb ki, C.Cabbarlı mükafatının təqdimat mərasimi 2017-ci il mayın 20-də Akademik Milli Dram Teatrda keçiriləcək.

Ülviyyə Həsənqızı