Ötən gün Flame Towers kompleksində yerləşən Park Cinema kinoteatrında "Don Marleone" filminin təqdimat mərasimi baş tutub.

PrimeTime.Az xəbər verir ki, baş rollarını Rüstəm CəbrayılovNatavan Əfəndiyevanın canlandırdığı ekran işində əməkdar artistlər Ayşad Məmmədov, Bəhram Bağırzadə, aktyorlar Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Zarina Məmmədova, Yaqub Zeynalov, Azər Aydəmir, Murad Abdullayev və başqaları rol alıb.

Qala gecəsinə filmin aktyor heyəti ilə yanaşı tanınmış simalar da qatılıb. Onların sırasında əməkdar artistlər Mehriban Zəki, Dilarə Əliyeva, Nəcibə Hüseynova, Kazım Abdullayev, Rafael İsgəndərov, Coşğun Rəhimov, Cabir İmanov, Qurban Məsimov, aktyorlar İlham Qasımov, Elməddin Cəfərov, Faiq Mirzəyev, Pərvin Abıyeva, rejissor Samir Kərimoğlu və başqaları olub.

Teymur Məmmədov

Foto: Rahib Hacıyev