Ötən gün Heydər Əliyev adına Sarayda məşhur rusiyalı müğənni Vera Brejnevanın konsert proqramı baş tutub.

PrimeTime.Az xəbər verir ki, "#Nomer1" adlı proqramla sevənlərinin qarşısına çıxan müğənninin rəqsləri, geyimləri hər kəsin marağına səbəb olub. Bir-birinin ardınca ifa etdiyi yeni və köhnə hit mahnılar isə alqışlarla qarşılanıb.

Ən böyük arzusunun reallaşdığını deyən müğənni konsertə bu sözlərlə başlayıb:

"Ən böyük arzum reallaşdı. Bakıda çox olmuşam. Burada bir çox konsertlərim olub, amma belə böyük səhnədə ilk çıxışımdır. Bakıya öz sevgimi gətirmişəm. Bu şəhər mənim üçün bir nömrədir".

Foto: Rahib Hacıyev