Dünya şöhrətli amerikalı aktrisa Culiya Roberts "People" jurnalı tərəfindən beşinci dəfə "Dünyanın ən gözəl qadını" seçilib.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, 1991, 2000, 2005 və 2010-ci illərdə də eyni titula layiq görülən aktrisa özünü xoşbəxt hiss etdiyini deyib.

Qeyd edək ki, 49 yaşlı Roberts müsahibələrinin birində "Yaşayan ən seksi adam" seçilən yaxın dostu Corc Kluniyə acıq verəcəyini demişdi.