Təlabatlı aktrisa Pərvin Abıyeva sənətində olan yeniliklərdən danışıb.

PrimeTime.Az xəbər verir ki, yay mövsümündə həmkarlarından fərqli olaraq dincəlmək əvəzinə çalışmağa üstünlük verən Pərvin planları barədə bunları deyib:

"İşlərim əla, hətta bomba kimi gedir. Boş dayanmağa vaxtım belə yoxdur. Türklərlə film çəkilişlərimiz davam edir. May ayından isə Kənan MM ilə yeni komediyanın çəkilişlərinə başlayırıq. Kino "Dəmir qazan" adlanır. Onun çəkilişləri bitdikdən sonra isə "Maşın" realiti şousuna qatılacağam. Yay mövsümü bitənə kimi mənə dincəlmək yoxdur".

Aktrisa onu instagramda təhqir edənlər barədə də danışıb:

"İnstagramda mənə təhqir dolu şərh yazanları yetəri qədər biabır edə bilirəm. O məni təhqir edir, mən isə onu bütün Azərbaycana söydürürəm. Əslində hüquq-mühafizə orqanlarına da müraciət edə bilərəm. Sadəcə o zaman məsələ uzanır. Ona görə də bir az tənbəllik edirəm".