Yeni mahnısı "Tektaş" sevənlərinə təqdim edən məşhur türkiyəli müğənni İrem Derici aldığı aktrisalıq təklifləri haqqında danışıb.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, son zamanlar verdiyi kilolar ilə gündəmə gələn müğənni ən yaxşı qorxu filmlərində oynaya biləcəyini deyib:

"Ən yaxşı qorxu filmində oynayıram. Çünki konsertdən qayıdıb makiyajı silməyə tənbəllik edirəm. Gecə ayaq yolu üçün duranda güzgüdə özümü görüb qorxuram".