Məşhur türkiyəli cütlük Murat Boz və Aslı Enver ötən axşam Kuruçeşme Marina restoranında balıq yeyib.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, aşiqlər yeməkdən sonra məkandan əl-ələ ayrılıb.

Sahildə gəzdikləri zaman məşhur cütlüyü görən Bozun bir heyranı müğənninin "Geri Dönüş Olsa" mahnısını yüksək səslə oxumağa başlayıb.

Qısa müddətli çaşqınlıq yaşayan cütlük fanatına güldükdən sonra yollarına davam edib.