21-ci əsrdə 6 ay inək qanı ilə qidalanan bir qəbiləyə rast gəlmək qeyri-mümkün deyiləcək qədər çətindir.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, Bodi qəbiləsinin keçmişdən günümüzə gələn ənənəsi görənləri heyrətə salır. Bu qəbilə 6 ay inək qanı ilə qidalanır.

Efiopiyanın Omo Vadisində yaşayan və yarıköçəri bir həyatı qəbul edən Bodi qəbiləsi Engai adı verilən bir Tanrıya inanır. Hüquq qaydalarını isə yaşlılar müəyyənləşdirir. Aralarında mübahisə çıxanda dava etmək əvəzinə bir-birlərinə iribuynuzlu heyvan hədiyyə verərək problemlərini bu şəkildə həll edirlər.

Köçəri həyatlarını isə heyvanlardan alıblar. Heyvanlar mövsüm dəyişəndə region dəyişdirərək köç etdikləri zaman qəbilə də heyvanları təqib edir. Buna görə onların qanlarından qidalanırlar.

Bodi qəbiləsi kiçik kollar, ağac budaqları və inək ifrazatları ilə tikdikləri evlərdə həyatını davam etdirir. Evlərində olan tək otaqda ana, ata və uşaq qalarkən evin dərhal girişində inəklər və digər mal heyvanları qalır. Onlar bu qədər yoxluğun içərisində kədərlənmək əvəzinə xoşbəxt olmağı üstün tuturlar.

Adətən çılpaq gəzən qəbilə digər qəbilələr kimi insanlara qarşı yad deyil. Əksinə, onları ziyarət edən insanları evlərində qarşılayırlar. Turistlərə bəzən inək qanı da təklif edirlər.

Bu maraqlı qəbilədə kök olmaq qızıl qaydalardan biridir.

85
Xəbərləri daha operativ əldə etmək üçün Facebook səhifəmizi bəyənin