Türkiyənin əfsanəvi aktyoru Bülent Kayabaş aprelin 19-da uzun müddətdir müalicə aldığı yoğun bağırsaq xərçəngi xəstəliyinə görə həyatını itirib.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, Kayabaş bu gün ailəsi, dostları və sevənləri tərəfindən son mənzilə yola salınıb.

Aktyor üçün ilk mərasim Muhsin Ertuğrul səhnəsində keçirilib. Kayabaşın Türk bayrağına sarılmış tabutu 09:50 saatlarında Ertuğrul səhnəsinə gətirilib.

Rutkay Aziz, Orhan Aydın, Süha Uygur kimi adlar mərasimə qatılanlar arasında olub.