Türkiyənin məşhur müğənnisi Özcan Denizin keçmiş sevgilisi Fahriye Evcenin paylaşdığı videonu bəyənməsi diqqətdən yayınmayıb.

PrimeTime.Az türk mətbuatına istinadən xəbər verir ki, ötən həftə cins brendlərinin birinin reklamına çəkilən aktrisa Fahriye şəxsi hesabında tanıtım videosunu yayımlayıb.

Özcan Deniz də keçmiş sevgilisinin paylaşımını bəyənib.

Qeyd edək ki, Fahriye Evcen 2008-ci ildə sevgili olduğu Özcan Denizdən 2012-ci ildə ayrılmışdı.

O, "Çalıkuşu" serialında birlikdə rol aldığı Burak Özçivit ilə də 2014-cü ildə eşq yaşamağa başlayıb. Onlar 1 ay əvvəl nişanlanıb.