Amerikanın Kentucky əyalətində yer alan sirli Waverly Hills Xəstəxanasının 107 yaşı var.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, Waverly Hil dəhşətli keçmişi günümüzdə baş verən paranormal hadisələrlə birləşəndə ortaya tüklər ürpədən yeni nəticələr çıxıb.

Bir əsrdən daha uzun bir keçmişə sahib olan xəstəxana qədimdə baş verən faciəli hadisələr ilə tarixə adını yazıb. Ancaq xəstəxana bağlandıqdan sonra meydana gələn hadisə görənləri və eşidənləri şok edib.

Xidmət etdiyi zamanlarda 64 min insanın həyatını itirdiyi xəstəxananın tikintisinə 1908-ci ildə başlanılıb və 1910-ci ildə istifadəyə verilib. Amerikanın ən qorxuducu yerlərindən biri olduğu deyilən xəstəxana 5 mərtəbədən ibarətdir.

Kentucky ştatında yerləşən Waverly Hills açıldığı dövrdə vərəm xəstələrini müalicə etmək məqsədi güdüb. O dövrlərdə çarəsi olmayan və müalicəsi tapılmayan vərəm xəstəliyi genişlənmədən öncə Amerikada qeydiyyatdan keçmiş və təchizatlı xəstəxana kimi tanınıb.

1961-ci ildə vərəmin dərmanı olana qədər xəstəxanada təxminən 64 min insanın həyatını itirdiyi məlum olub. Vərəmin çarəsi tapıldıqdan sonra xəstəxanaya ehtiyac olmayıb və buna görə Waverly Hills bağlanıb.

1 il sonra yeni bir ad və istifadə sahəsi ilə açılan xəstəxana ağıl xəstələrinə xidmət etməyə başlayıb. Bu dövrdə antibiotiklər çox geniş olmadığı üçün həkimlər xəstələr üzərində eksperimental müalicələr tətbiq edib. Waverly Hillsin paranormal hadisələri bu dövrdə daha da artıb. Xəstəxanada "Bədən Tuneli" adlandırılan tuneldən digər xəstələrə pis nümunə olmaması üçün ölən və intihar edən xəstələrin cəsədləri daşınıb.

Xəstələri ziyarətə gələn yaxınları həyətdə kabus gördüklərindən şikayət edib. Xəstəxananın ətrafında yaşayan insanlar bir sıra kölgələrin dolaşdığını bildirib.

Həmin dövrlər ərzində xəstəxanada baş verən paranormal hadisələrin ardı-arası kəsilməyib. Dəhlizlərdə gəzən bir qızın kabusu və top oynayan kiçik uşağa dəfələrlə rast gəlinib.

Xüsusilə 3 və 5-cu mərtəbələrdə baş verən hadisələrin ən çox rast gəlindiyi yerlərdən biri kimi 502-ci otaq göstərilib. 2 bacının birlikdə intihar etdiyi otaqda günümüzdə də bu cür hadisələr baş verir.

"Bədən Tuneli"ndə isə eşidilən sədalar, ağlayan qadın səsləri və kölgələr insanları olduqca narahat edib.

113
Xəbərləri daha operativ əldə etmək üçün Facebook səhifəmizi bəyənin