PrimeTime.Az xəbər verir ki, Akademik Milli Dram Teatrında bu gün axşam nümayiş etdiriləcək "21:15 qatarı" tamaşası təxirə salınıb.

Əməkdar artist Sənubər İsgəndərlinin tamaşaçıları sevimli aktrisalarına bu gün tamaşa edə bilməyəcək.

Tamaşanın təxirə salınmasının səbəbi Milli Dram Teatrında keçiriləcək tədbirlə bağlıdır.

Qeyd edək ki, əməkdar artisti Sənubər İsgəndərli, xalq artisti Nurəddin Mehdixanlı, Hacı İsmayılov və aktyor Ramin Şıxəliyevin rol aldığı tamaşa türk dramaturqu Toyqun Orbayın eyniadlı əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib. 75 dəqiqə davam edən tamaşanın janrı birhissəli mövcudluq oyunudur. 

Xatırladaq ki, "21:15 qatarı" əsəri ilə Akademik Milli Dram Teatrı Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk dəfə müraciət edib. 

Ülviyyə Həsənqızı