Ötən gün dünya şöhrətli avstraliyalı model Miranda Kerr doğum gününü qeyd edib.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşı tamam olan model ad gününü ailəsinin ətrafında qeyd edib və şəkilləri şəxsi hesabında paylaşıb.
Bir çox dostu modeli ad günü münasibətilə təbrik edib.

Onların sırasında Mirandanın keçmiş əri, Hollivud ulduzu Orlando Blum da olub. O, şəxsi hesabında modelin şəklini yayımlayaraq "Çox gözəl ana və dostu təbrik edirəm" yazıb.

Xatırladaq ki, Orlando Blum və Miranda Kerr 2010-cu ildən 2013-cü ilə kimi evli qalıb. Modelin xəyanəti cütlüyün ayrılma səbəbi olub. Cütlüyün Flayn adında 1 oğlu var.

Qeyd edək ki, hazırda Miranda Snapchatın banisi Evan Şpiqellə sevgilidir.