Bütün dünyada böyük bir tamaşaçı kütləsi tərəfindən seyr edilən "Game of Thrones" (Taxtların Oyunu) serialının 7-ci mövsümü maraqla gözlənilir.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, yeni mövsümün çəkilişlərindən görüntülər yayılıb.

Serial 16 iyul tarixində başlayacaq və bu il 7 bölümdən ibarət olacaq.

Qeyd edək ki, martın 31-də serialın ilk fraqmenti təqdim olunmuşdu.