Dünyanın ən təhlükəli yolu kimi tanınan İspaniyanın Malaga şəhərindəki "El Caminito del Rey" (Kralın balaca cığırı) 5 insanın həyatını itirməsinə görə 2001-ci ildə bağlanıb.

PrimeTime.Az xarici mətbuata istinadən xəbər verir ki, bu il yol yenidən əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, cığır yolunun tikintisinə 1901-ci ildə başlanıb və 1905-ci ildə tamamlanıb. 1921-ci ildə kral 13-cü Alfonsonun bu yoldan keçməsindən sonra "Kral yolu" adlandırılıb.

Yolun ən geniş yeri bir metr uzunluğundadır. Altında axan çaydan 200 metr hündürlükdədir.