PrimeTime.Az xəbər verir ki aprelin 22-də Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası yenidən nümayiş olunacaq.

Tamaşa, mərhum aktyor, rejissor, bədii qiraət ustası Həsən Əblucun xatirəsinə ithaf olunacaq.

Tamaşanın nümayişindən əvvəl Həsən Əblucun 75 illik yubileyi münasibətilə dostları xatirələrini söyləcək.

Həsən Əblucun keçdiyi sənət yolundan xalq artisləri Rafiq Əzimov, Hacı İsmayılov danışacaq, mərhum sənətkarın Mirzə Cəlil yaradıcılığına olan sevgisindən söz açılacaq.

Çıxışlar bitdikdən sonra Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası nümayiş olunacaq.

Qeyd edək ki, Həsən Əblucun quruluş verdiyi son tamaşa Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsəri olub. 

Ülviyyə Həsənqızı