Xəzər TV-nin reytinqli axşam şousu "5 də 5" maraqlı efiri ilə evlərimizin qonağı olub.

PrimeTime.Az xəbər verir ki, əməkdar mədəniyyət işçisi Zaur Kamalın aparıcısı olduğu verilişin qonaqları xalq artisti Səməd Səmədov, əməkdar artistlər Tünzalə Ağayeva Almaz Ələsgərli olub.

Proqramın əvvəlində aparıcı ilə saz ifaçısı Aqşin Taryeloğlu arasındakı dialoq hər kəsin marağına səbəb olub.

Zaur ona yekaxana, dikbaş deyənlərə səslənib: "Həyatda məni görən, söhbət edən deyir ki, səninlə oturub saatlarla danışarıq. Efirdə beləyəm. Əslində utancaq biriyəm".

Aparıcı efirə çıxan zaman rəhbərliyin ondan qrimlənməsini istədiyini bildirib: ""Efirə qrimlən çıx" deyirlər. Vallah qaşınıram, qrimlənə bilmirəm. Allah uzaq eləsin, bəzi müğənnilər hələ üzlərini də dartdırırlar".