Xəbər verdiyimiz kimi, əməkdar mədəniyyət işçisi Zaur Kamalın aparıcısı olduğu "5 də 5" verilişinin ötən günki qonaqları xalq artisti Səməd Səmədov, əməkdar artistlər Tünzalə Ağayeva Almaz Ələsgərli olub.

PrimeTime.Az xəbər verir ki, əməkdar artist, "Toppuş bacı" ləqəbli Tünzalə yeni imici ilə diqqət çəkib.

O, qısa saçlarını uzadaraq saraldıb. Aktrisa Zaur Kamalın "Sizə necə müraciət edim?" sualına belə cavab verib:

"Sizə necə xoşdur, elə deyin. Anam mənə "Tünzalə" deyir, atam "Tünzələ", daha çox "Tülüş" çağırırlar, amma Tuzik deyən də var".

Aparıcının bəs "aşkın" nə deyib çağırır sualına "Böyüklərdən üzr istəyirəm, amma həyat yoldaşım "gülüm" deyir" söyləyib.