Bu günə qədər bir çox fərqli rolda tamaşaçı qarşısına çıxan məşhur türkiyəli aktrisa Serenay Sarıkaya indi də rəqəmsal platforma Puhu TV-nin ilk serialı "Fi" də baş rolu canlandırır.

PrimeTime.Az türk mətbuatına istinadən son zamanlar serialda öpüşmə səhnəsi ilə gündəmə gələn gənc aktrisanın müsahibəsini təqdim edir:

- Müəyyən fasilədən sonra televiziya əvəzinə rəqəmli platformaya üstünlük verdiniz. Bu vəziyyət ilk addımda riskli deyildi?

- İndiyə qədər hər zaman qəlbimi dinləməyə çalışmışam. Həmişə özümə verdiyim sual da "Bu ssenari, bu obraz məni həyəcanlandırır mı?" olub. Heç bilmədiyim bir janrda belə seriala çəkilmək məni çox həyəcanlandırdı. Mən bu qədər dərindən həyəcanlanıb xarakteri hiss edirəmsə, bu hisslər tamaşaçıya də mütləq keçəcək deyə düşündüm. Təbii ki, hamımızın qorxuları var. Amma bir şeyləri dəyişdirmək istəyirsənsə cəsarətli olmalısan.

- Rəqəmli platformada iş görməyə necə razı oldunuz?

- Özünəməxsus işlər görmək adına yeganə variant budur. Dünya da artıq buna doğru gedir. Bu platformanın müvəffəqiyyət qazanacağına həqiqətən çox inandım.

- "Fi "nin ilk üç bölümü yüksək reytinq əldə edib və serial haqqında müsbət fikirlər səslənib. Bu gözlədiyiniz bir hal idimi? Nələr hiss etdiniz bu nailiyyət qarşısında?

- Təbii ki, çox xoşbəxt oldum. Hər kəsə çox təşəkkür edirik.

- Rəqs səhnələriniz də çox bəyənildi. O səhnələr üçün necə çalışdınız?

- Çətin bir proses idi. Ancaq mənə çox şey öyrətdiyinə inanıram. Məncə, aktyorluğun ən əyləncəli qismi də budur. Hər dəfə yeni və fərqli bir insan olursan. Hazırda bütün gün məşqlərimə davam edirəm. Ancaq daha çox səhnə yönümlü xoreoqrafiya üzərində çalışırıq.

- Bu cür bəyənmələr sizdə bir qələbə hissi yaradır? Zəhmətinizin qarşılığını aldığınızı düşünürsünüzmü?

- Zəfər deyə bilərəmmi bilmirəm, amma əlbəttə əziyyətinin biriləri tərəfindən görünüb təqdir olunması böyük xoşbəxtlikdir.

- Aktyorluğunuzla yanaşı səsinizin gözəlliyi ilə də adınızdan söz etdirdiniz. İndi də rəqsdəki uğurunuz danışılır. Bundan sonra tamaşaçıyla paylaşmaq istədiyiniz başqa istedadlarınız varmı?

-(Gülür) İçimdə saxladığım bilmədiyiniz bir şey yoxdur. Dediyim kimi özüm haqqında mən də hər dəfə yeni bir şey kəşf edirəm. Görək, başqa nələr çıxacaq.

- Sosial şəbəkədə aktiv birisiniz. O məcrada gələn reaksiyaları təqib edirsinizmi? Xüsusilə "Fi"nin müddətilə bağlı necə şərhlər var idi?

- İnstagramdan istifadə etməyi sevirəm. Təbii ki, nəbzi tutmaq üçün arada şərhlərə baxıram. İndiyə qədər oxuduqlarımdan anlamışam ki, yeganə çətinlik yeni bölümləri gözləməkdir. "Necə bu qədər gözləyəcəyik" deyənlər oldu.