Türkiyənin məşhur müğənnisi, hamının sevimlisi Tarkan Bakıya gəlir.

PrimeTime.Az xəbər verir ki, meqastar iyunun 23-də "Formula 1" Azərbaycan Qran-Prisinin açılışında səhnəyə çıxacaq.

Bu barədə "Baku Grand Prix" şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai məlumat verib.