Bakının Füzuli küçəsində aparılan təmir işləri bitmək üzrədir.

PrimeTime.Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

""Sovetski"də aparılan işlər çərçivəsində artıq Füzuli küçəsinin davamının "Beş mərtəbə" dairəsinə birləşdirilməsi işləri yekunlaşıb", - deyə A.Nəcəfli bildirib.