PrimeTime.Az xəbər verir ki, mayın 28-i Respublika Günü münasibətilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Qurban Səidin eyniadlı romanı əsasında hazırlanan "Əli və Nino" tamaşası nümayiş olunacaq.

Tamaşa Respublika gününə həsr edilib.

Tamaşanın quruluşçu rejissoru İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayev, rəqslərə quruluşu verən, əməkdar artist Nigar Rzayevadır.

Əsas rolları Murad Məmmədov (Əli), Həcər Ağayeva (Nino), Əlinin atası, Səfər xan Şirvanşir obrazını Maqsud Məmmədov , Ninonun atasını Yaqub Zeynalov ifa edəcək.

Rollarda xalq artisti Yuri Baliyev, Səfər xan Şirvanşirin qardaşı Əsəd xan surətində əməkdar artist Firdovsi Atakişiyev, Knaginya Orbeliani obrazında isə əməkdar artist Elmira Aslanova çıxış edəcək.


Ülviyyə Həsənqızı

 

80
Xəbərləri daha operativ əldə etmək üçün Facebook səhifəmizi bəyənin