"Səhhətim haqqında kimin ağlına nə gəlir yazır. Xata oldu, bir dəfə dedim ki, ayağım sınıb. Saytlar bunu şişirdib, nələr yazmadılar..."
Xalq artisti, tanınmış müğənni Yalçın Rzazadə bu fikirləri PrimeTime.Az-a açıqlamasında deyib:

"Mənim bütün jurnalistlərə, mətbuat əhlinə hörmətim var. Amma sözlərim, fikirlərim təhrif olunanda buna dözmürəm. Mən bir zamanlar peşəkar idmanla məşğul olmuşam. Bunu hər kəs bilir. İdman yarışlarında, məşğələlərdə o qədər zədə almışam. Ürəyimdən əməliyyat olunmuşam. Qan təzyiqim var. Bunun yanında ayağımın sınması nədir ki? Şükür Allaha, indi yaxşıyam. Təbii ki, ağrılarım var. Amma işə gedib, gəlirəm. Özümü yaxşı hiss edirəm. Mənim səhhətimlə bağlı yalan xəbərlər yayıb, sevənlərimi çaşdırmasınlar. Min şükür yaxşıyam."

Qeyd edək ki,  71 yaşlı Yalçın Rzazadə səhhəti ilə bağlı  son dövrlər mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərkən belə deyib. 

Ülviyyə Həsənqızı