Xəbər verdiyimiz kimi, ötən gün Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva tort bişirib. 

PrimeTime.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Napelon tortunun reseptini izləyiciləri üçün yayımlayıb.

Həmin resepti təqdim edirik:

Xəmir:

150 ml soyuq su
2 yumurta
1 xörək qaşığı üzüm sirkəsi
700 qram un
400 qram kərə yağı.

Hazırlanması:

Un ilə kərə yağını qarışdırıb doğranmış xəmir yoğurur, üstünə su, yumurta və sirkə qarışığı əlavə edirik. Xəmir yoğrulduqdan sonra 12 hissəyə bölüb 1 saat soyuducuda saxlayırıq. 12 hissənin hər birini nazik yayıb, 200 dərəcə temperaturda bişiririk.

Bişmiş krem:

3 yumurtanı 1,25 stəkan şəkər tozu və 3 xörək qaşığı un ilə çalır və üstünə 1 litr süd əlavə edirik. Odun üstündə daim qarışdıraraq qaynayanadək bişiririk. Hazır olduqdan sonra soyuduruq. Soyumuş kremin üzərinə yaxşıca çalınmış 100 qram kərə yağını əlavə edib, soyuducuya qoyuruq. Qalanı isə çox asandır.