"Lider Maqazin" verilişində dəyişiklik edilib.

PrimeTime.Az xəbər verir ki, Lider TV-də hər həftənin cümə günü gecə saat 00:15-də yayımlanan verilişin aparıcısı dəyişib.

Proqramın keçmiş aparıcısını tanınmış teleaparıcı Humay Muxtarova əvəz edəcək.

Aparıcı yeni işi haqda iddialı danışıb:

"Şou-biznesin hər üzünü göstərməyə və maqazin aləmində lider olmağa iddalıyıq. Komandamızla ciddi iş rejimində işləyirik. Şou-biznesdə baş verən hadisələrə bizim gözümüzlə baxın və gerçəkləri görün".

Fotolar: İsmayıl Rzayev