Məşhur müğənni Zamiq Hüseynovun keçmiş həyat yoldaşı, "Riad Tour" turizm şirkətinin rəhbəri, tanınmış iş xanımı Nigar Rəfiyeva Türkiyədə biznes qurub.

PrimeTime.Az xəbər verir ki, ötən gün qardaş ölkənin ən bahalı alış-veriş məkanlarından biri olan Zorlu Centerdə N.Rəfiyevanın "Nrcouture" adını verdiyi mağaza fəaliyyətə başlayıb.

Mağazanın açılışında azərbaycanlı məşhurlardan müğənni İradə İbrahimova, bacısı tanınmış stilist Nigar İbrahimova və model Kamila Babayeva da iştirak edib.

Xatırladaq ki, Zamiq Hüseynov 2009-cu ildə Nigar Rəfiyeva ilə evlənib. Evlilikləri bir neçə ay çəkib və cütlük 2010-cu ilin əvvəlində boşanıb.

Onu da qeyd edək ki, N.Rəfiyeva həmin vaxtdan etibarən Türkiyədə yaşayır.

on

on

747
Xəbərləri daha operativ əldə etmək üçün Facebook səhifəmizi bəyənin