PrimeTime.Az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın görkəmli rejissoru, aktyor Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov Presnyakov qardaşları ilə birlikdə yeni filmin ssenarisini yazıb.

Bu barədə jurnalistlərə məlumat verən Nikita Mixalkov bildirib ki:

" Presnyakov qardaşları ilə birlikdə gözəl ssenari yazmışıq. Ssenarinin adı da, çox maraqlıdır. "Şokolad revolver". Kinossenarini başa çatdıran kimi filmin çəkilişlərinə başlayacam."

Qeyd edək ki, filmin musiqisini Nikita Mixalkovun dostu Eduard Artyomov bəstələyəcək.

 

Ülviyyə Həsənqızı