Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan qonşu ölkə vətəndaşının idarə etdiyi "Mersedes Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

PrimeTime.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən bildirir.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən 2 ədəd kibrit qutusunda xalis çəkisi 4,378 qram təşkil edən narkotik vasitə-marixuana, 15 ədəd "Belomorkanal" markalı papiros, gömrük orqanına bəyan edilməyən 33 950 ABŞ dolları və 123 500 Rusiya rublu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.