Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev idmana olan sevgisindən danışıb.

PrimeTime.Az xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə idmanla məşğul olduğu zaman çəkilən şəkilləri ilə hər kəsin rəğbətini qazanan general-leytenant hər kəsi sağlam olmağa səsləyib:

"Hər azərbaycanlı öz bədəni və mədəniyyəti üzərində işləməlidir. Amma bu tək idmana aid deyil. Şübhəsiz ki, insan səhər saat 8-də deyil, ən gec 6-da yuxudan qalxıb bədən quruluşuna diqqət yetirməlidir. Eyni zamanda, qidalanmasına da fikir verməlidir. Çox yeməklə müasir insan olmaq mümkün deyil.

Getdiyim hər yerdə deyirəm ki, idmanla məşğul olun. Hər kəsi sağlamlığa səsləyirəm. Bir daha qeyd edirəm ki, sağlam bədəndə sağlam ruh olar. Biz qeyri-sağlam olaraq Heydər Əliyev siyasətinin davamçısı ola bilmərik".

M.Quliyev eyni zamanda ölkəmizdə idmana olan böyük diqqətdən də danışıb:

"Biz azərbaycanlılar çox xoşbəxt insalarıq ki, bu gün dövlət başçımız və onu ailəsi tərəfindən idman və sağlamlıq təbliğ olunur. Biz onlara zahirən baxan zaman belə nümunəvi, müasir ailə olduqlarını görürük. Fikrimcə, hər bir kəs öncə ruhu üzərində çalışmalıdır. Çünki sağlam ruh yalnız sağlam bədəndə ola bilər. Ölkəmizdə İslam Oyunları keçirilir. Gördüyünüz kimi heç bir idman kompleksi tikilmədi. Bunun hamısı cənab prezident İlham Əliyevin apardığı siyasətin sayəsindədir".

Teymur Məmmədov

Foto: Rahib Hacıyev