Ötən gün Xəzər TV-nin baxımlı gecə şousu "Nəsib Olsa"nın növbəti buraxılışı efirə gedib.

PrimeTime.Az xəbər verir ki, Nəsib Nurun aparıcısı olduğu verilişin qonaqları əməkdar artistlər Ağalar Bayramov, Təyyar Bayramov Sevinc Sarıyeva olub.

Laçın rayonun işğal gününə həsr olunan verilişdə qonaqlar keçmişə qayıdaraq xatirələrini danışıb.

Proqramda A.Bayramov şeirləri, T.Bayramov və Sarıyeva isə ifaları ilə işğal altında olan torpağımızı yad edib.