Bu il Almaniyanın Berlin, Postdam və başqa şəhərlərində "Next Stage Europe 3" festivalı keçiriləcək.

PrimeTime.Az xəbər verir ki, Festivalda Azərbaycanı Orxan Bahadırsoy özünün "Saçını satan aktrisa" adlı dram əsəri ilə təmsil edəcək.

Almaniyanın Höte adına Universiteti tərəfindən təşkil olunan festivala Azərbaycan ilk dəfə qatılmaq şansı əldə edib. Avropa ölkələrindən 400 gənc dramaturq arasından 12 gənc dramaturq seçilib. Höte adına Universitetin təyin etdiyi münsiflər heyətinin seçdiyi həmin gənc dramaturqların əsərləri Almaniyada və başqa Avropa ölkələrində çap olunacaq, bir sıra Avropa teatrlarında səhnələşdiriləcək.

Festivalda Azərbaycanı Orxan Bahadırsoy təmsil edəcək. "Saçını satan aktrisa" adlı dram əsəri ilə festivalda iştirak haqqı qazanan gənc dramaturq eyni zamanda oktyabr ayında Sankt-Peterburq şəhərində dramaturgiya seminarında iştirak etmək dəvəti alıb.