PrimeTime.Az türk mətbuatına istinadən xəyanətə görə evlilikləri bitən məşhurları təqdim edir:

1.Hülya Avşar və Kaya Çilingiroğlu

O vaxt məşhur türkiyəli müğənni Hülya Avşar ilə evli olan Kaya Çilingiroğlu qalmaqalı özü yaratmışdı. Yeni aldığı Ferrari avtomobilinə minərkən paparassilərin "Ferrarini yeni almısınız?" sualına içkili halda cavab verərək "Siz Ferayenini haradan tanıyırsınız?"  deyib  gizli məhəbbəti Feraya Tanyolaçı etiraf etmişdi.

Bu hadisədən sonra Türkiyənin ən gözəl qadınlarından biri hesab edilən Hülya Avşarın aldadıldığı ortaya çıxıb və cütlük boşanıb.

Boşanandan sonra Feraya Tanyolaç ilə evlənən Kaya Çilingiroğlunun bu evliliyindən bir oğlu olub və cütlük daha sonra boşanıb.

2.Tamer Karadağlı və Arzu Balkan

"Çocuklar Duymasın" serialıyla məşhurlaşan Tamer Karadağlı 2003-cü ildə qızının anası Arzu Balkan ilə evliykən Deniz Akkayayla eşq dedi-qodusu çıxıb. Onların yataqlı qatarla İstanbuldan Ankaraya getməsi çox danışılıb.

Tamer Karadağlı özünü vəziyyətdən xilas etmək üçün Arzu Balkan və Deniz Akkaya ilə birlikdə şam yeməyinə çıxaraq sadəcə dost olduqlarını söyləyib. Lakin 2007-ci ildə də Arzu Balkandan ayrılıb.

3.Kudret Sabancı və Esra Akkaya

Rejissor Kudret Sabancı həyat yoldaşı Esra Akkayanı "Aliye" serialının baş rol ifaçısı Sanem Çelik ilə aldadıb. Sanem Çelik ilə bir çay bağçasında öpüşərkən paparassilərin hədəfinə tuş gələndən sonra Kudret Sabancı həyat yoldaşı Esra Akkaya ondan boşanıb.

4.Hüsnü Şenlendirici və Nazire xanım

Müğənni Hüsnü Şenlendirici həyat yoldaşı Nazire xanımı həmkarı Deniz Seki ilə aldadıb. Onların bu xəyanəti üzun müddət maqazin gündəmindən düşməyib. H.Şünlendirici həyat yoldaşı ilə evliliyini davam etdirərkən D.Seki həbsxanadan çıxmaq üçün gün sayır.

5.Kutsi və Sinem Bayraktutar

Müğənni Kutsi 2008-ci ildə evləndiyi, 2 qızının anası Sinem Bayraktutarı 2014-cü ildə Feyza Çapa ilə aldadıb. Cütlük 2015-ci ildə boşanıb.

Kutsi ilə Feyza Çapanın eşqi də "Huzur Sokağı"nın çəkilişində tanış olub.