IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləşçimiz Mahir Əmiraslanov qızıl medal qazanıb.

PrimeTime.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təmsilçimiz finalda qazaxıstanlı Zhandos İsmailovu məğlub edib.

Qalib idmançılara medalları Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.