Türkiyənin məşhur skripka ifaçısı Ahmet Çolakçalar vəfat edib.

PrimeTime.Az xəbər verir ki, bir çox məşhur müğənni ilə eyni səhnəni bölüşən skripka ifaçısı evində ölü halda tapılıb.

Sənətçinin oğlu atasından xəbər tuta bilməyincə evinə gəlib. Qapını dəfələrlə döyməsinə baxmayaraq, açan olmayıb. Qapını qırıb içəri girdikdə, atasının yerdə hərəkətsiz halda uzandığını görüb.

Hadisə yerinə gələn polis və təcili tibb yardım Ahmet Çolakçaların həyatını itirdiyini bildirib.

Sənətçinin ölüm səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.