Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "qaynar xətt"inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbiristanlığı ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən PrimeTime.Az-a verilən məlumata görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.